Interposta.Info

Cabbarov qardaşının qatilinin başını kəsmək istədi –

Ölkə
 28-10-2017, 17:40     10 429

Bərdədə qanlı olay baş verib. 28 yaşlı Mövlan Cabbarov Şirvanlı kənd sakini Xaliq Məmmədovu bıçaqlayıb.

interposta.info ARB TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Dəymədağlı kənd məzarlığında baş verib.

Kənd sakinlərindən birinin dəfni zamanı Cabbarov 9 il əvvəl qardaşını öldürən Xaliq Məmmədovla qarşılaşıb. Onun bədəninin müxtəlif nahiyələrinə bıçaq xəsarəti yetirdikdən sonra başını boyun nahiyəsindən kəsməyə çalışıb. Həmkəndlilərin müdaxiləsindən sonra Xaliq Məmmədov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun ağız, qulaq, boyun nahiyəsindən bıçaq xəsarətləri aldığı, daxili qanaxmasının olduğu bildirilib. Cərrahiyyə əməliyyatı olunan Bərdə sakininin vəziyyətinin ağır olduğu açıqlanıb.

Bərdə rayon prokurorluğundan verilən məlumata görə, Mövlan Cabbarov hadisədən sonra polisə təslim olub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26