Interposta.Info

Bərdədə toy məclisində kütləvi zəhərlənmə

Ölkə
 19-07-2021, 09:28     758


Bərdədə kütləvi zəhərlənmə qeydə alınıb.

"İnterPosta" xəbər verir ki, hadisə toy məclislərinin birində baş verib.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından əldə olunan məlumata görə, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Səkinə Həsənova, Tərtər rayon sakinləri - 2006-cı il təvəllüdlü Məmmədli Tükəzban Seymur qızı, 1970-ci il təvəllüdlü Məmmədov Seymur Təşkilat oğlu, Bərdə rayon sakinləri - 1974-cü il təvəllüdlü Muradov Ceyhun Məhyəddin oğlu, 1999-cu il təvəllüdlü Muradov Elzamin Hüseyn oğlu, 1944-cü il təvəllüdlü Muradov Məhyəddin Həsən oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib./APA

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26