Interposta.Info

Mingəçevir Sənaye Parkının işçiləri zəhərləndi - xəstəxanaya yerləşdiriliblər

Ölkə
 1-05-2018, 21:26     10 459

Mingəçevir Sənaye Parkında zəhərlənmə hadisəsi baş verib.

“Mingəçevir Tekstil” MMC-nin sexlərinin birində iş prosesi zamanı qeydə alınıb.

Belə ki, əməkdaşlardan ən azı 5-6 nəfərin halı pisləşib və onlar huşsuz vəziyyətə düşüb. Durumu ağır olan şəhər sakinləri - 1980-ci il təvəllüdlü Gülnarə Nurəddin qızı Hüseynova, 1976-cı il təvəllüdlü Lalə Oruc qızı Hüseynova, 1983-cü il təvəllüdlü Vidadi Yaqub oğlu Mehdiyev və Yevlax rayon sakini Yaşar Vasif oğlu Bəkirov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənməyə iş prosesində tətbiq edilən kimyəvi maddənin təsiri olduğu bildirilir./report

Faktla bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26