Interposta.Info

ETSN mikrobiolji baxımdan çirkli olan çimərlikləri açıqladı (SİYAHI)

Ölkə
 2-08-2019, 10:49     10 348

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyulun 25-dən avqust 1-də çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçirib.

"İnterPosta.info" xəbər verir ki, bu barədə idarənin əməkdaşı Nərmin Babaşova məlumat verib. Onun sözlərinə görə, ərazidə mikrobioloji təhlillər aparılıb. Analizlərin nəticələrinə görə Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirklidir.

Nərmin Babaşova deyib ki, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zaqulba və Mərdəkan çimərlikləri istisna olmaqla Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir.

"Buzovna və Şüvəlan çimərliklərinin isə bu dəfə çirkli çıxmasına səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır" deyə nazirlik rəsmisi bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26