Interposta.Info

Rəşad Mahmudov: "Vətəndaşlara deyirlər aldığın sənəd saxtadır"
 

İqtisadiyyat
 17-02-2023, 17:55     295

"Bizə daxil olan bir neçə vətəndaş müraciətində qeyd olunur ki, 20 il əvvəl torpaq şöbələrindən aldıqları yaşayış evlərinin sənədlərini aidiyyəti qurumlar indi saxta sənəd kimi qəbul edir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib. Onun sözlərinə görə, həmin vətəndaşlar vaxtı ilə banklara ödəmələr edib, torpaq evlər tikiblər, 20 ilə yaxındır həmin evlərdə yaşayırlar:

"Övladlarını belə həmin evdən əsgərliyə yola salıblar. Lakin elektron xəritələşmə işləri aparıldıqdan sonra həmin ərazilərin bələdiyyə mülkiyyətinə aid olmadığı ortaya çıxıb. İndi insanlar əllərində 20 il əvvəl bələdiyyənin sənədi, banka ödəniş, müvafiq dövlət qurumlarının icazələri ilə evlərinə çıxarış almağa gedirlər, cavab verilir ki, həmin sənədlər saxtadır. Belə məsələlərin həlli də diqqət mərkəzində olmalıdır"

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26