Interposta.Info

Dolların məzənnəsi may ayından bəri ilk dəfə 70 rublu ötdü

İqtisadiyyat
 21-12-2022, 17:13     268


Çərşənbə günü Moskva birjasında ticarət zamanı dolların məzənnəsi mayın 11-dən bəri ilk dəfə 70 rublu ötüb.

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bunu ticarət məlumatları sübut edir.

Moskva vaxtı ilə saat 07:00-da ABŞ valyutasının məzənnəsi 70,04 rubla çatıb. Saat 07:35-də dollar 69,80 rubla düşüb.

Saat 07:00-a avronun məzənnəsi 74,47 rubla çatıb, 07:35-ə qədərsə 74,01 rubla düşüb.

Artıq bir həftəyə yaxındır ki, rubl Qərb valyutaları qarşısında ucuzlaşır.

Veles Kapital İnvestisiya Şirkətinin Bank işi və pul bazarının təhlili departamentinin rəhbəri Yuri Kravçenkonun sözlərinə görə, ümumilikdə rublun məzənnəsinin zəifləməsi son sanksiyalar və Rusiya neftinin maya dəyərinin azalması fonunda məntiqli addım kimi görünür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26

OXŞAR XƏBƏRLƏR

ABŞ Suriyaya,
15:46
2017.04.07
Dollar
13:10
2017.02.14
Rubl
11:49
2017.02.01
Dollar
13:46
2017.01.04