Interposta.Info

Bakıda söküntü ərəfəsində böyük qiymət artımı - Bu evlər bahalaşdı

İqtisadiyyat
 14-11-2022, 18:41     230

Köhnə binalardan mənzil almağa maraq artıb.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev "Xəzər Xəbər"ə deyib ki, paytaxtın mərkəzi hissəsində istismar müddəti başa çatmış 2,3,5 və 9 mərtəbəli binaların mərhələli şəkildə sökülməsi məsələsi gündəmə gəldikdən sonra bu tip binalardan ev alanların sayı çoxalıb.

Rieltor Həşim Qədirovun sözlərinə görə, son aylar yeni binalardan ev almaq istəyənlərin sayı azalıb. İnsanlar 60-80 min manat civarında köhnə binalardan ev almağa üstünlük verirlər ki, bunun da səbəbi bəllidir.

Ekspertlər bildirirlər ki, bazarda müşahidə edilən tendensiya səbəbindən köhnə binalarda mənzillər bahalaşır.

Mütəxəssislər bu qənaətdədirlər ki, köhnə binaların sökülməsi tikinti materialları bazarına da müsbət təsir göstərəcək. Çünki köhnə binaların yerində yeniləri inşa edilərkən tələb edilən materialların müəyyən hissəsi yerli bazardan alınır ki, bu da iqtisadi cəhətdən müsbət amildir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26