Interposta.Info

Bakıda kirayə ev axtaranlar üçün PİS XƏBƏR- 400-450 manat... - VİDEO

Ölkə
 16-05-2022, 09:31     325

Pandemiya qaydalarının yumşalması kirayə mənzil bazarında qiymətlərə ciddi təsir edib. Əvvələr bu aylarda paytaxda kirayə mənzillərin qiymətində enmə müşahidə edilirdisə, bu tendensiyadan indi əsər əlamət yoxdur.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev "Xəzər Xəbər"ə deyib ki, səbəb dərslərin ənənəvi qaydada keçirilməsidir. Bakıda kirayədə yaşayan tələbələr qaldıqları evi tətil vaxtında sahibinə qaytarmırlar.

Ev alqı-satqısı ilə məşğul olan Həşim Qədirov bildirib ki, tələbələr kirayə mənzilləri vermədikləri üçün bazarda mənzil qıtlığı yaranıb. Rəqabət azaldığından kirayə mənzillərin qiyməti də bahalaşıb.

Ekspert Nofəl Quliyev hesab edir ki, paytaxda kirayə mənzil bazarı müştərilərinin təxminən 70-75 faizini tələbələr təşkil edir. Ekspertin sözlərinə görə, hazırda evlərin qiymətində 100-150 manat bahalaşma var. Əgər bazarda mənzil çox olmazsa qiymət artımı növbəti aylarda da davam edəcək.

Ekspertlər onu da bildirirlər ki, hazırda kirayə mənzil bazarında ən çox təlabat ikiotaqlı mənzillərədir.

İnterPosta.info

[media=https://youtu.be/VoNMjpdNGbU]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26