Interposta.Info

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat
 8-09-2022, 11:47     284

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Azərbaycan neftinin bir barelinin qiyməti 4,11 ABŞ dolları və ya 4,2% azalaraq 92,77 dollar təşkil edib.

Sentyabrın 7-də Azərbaycan neftinin bir barelinin qiyməti 96,88 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26