Interposta.Info

Rusiya ilə neft rəqabəti İranı Çindən vurub çıxardı, ixrac iki dəfə azaltdı

İqtisadiyyat
 13-06-2022, 21:41     300

Neft tankerlərinin izlənməsi şirkəti "Kepler” hesab edir ki, İranın xam neft və qaz kondensat ixracı Asiya bazarlarında Rusiya ilə rəqabət səbəbindən iki dəfə azalıb.

"İnterPosta" bu barədə Azad Avropa Radiosunun fars bölməsinə istinadən xəbər verir.

Ukraynadakı müharibə səbəbindən Qərb müştərilərini, demək olar, itirən Rusiya başda Çin olmaqla Asiya bazarlarına üz tutub və 30-40 faizə qədər yüksək endirimlər təqdim edərək, öncədən İranın əlində olan Çin neft bazarını Tehrandan qoparıb.

Kepler tanker izləmə xidmətləri Azadlıq Radiosuna bildirib ki, ilkin hesablamalara görə, may ayında İranın xam neft və qaz kondensat yükü gündə təxminən 400 000 barel təşkil edir.

Bu rəqəm apreldə 820 min barel, martda isə 908 min barel olub.

Bununla bağlı "Reuters” daha əvvəl xəbər vermişdi ki, Rusiya Asiya bazarlarında neftin bir bareli üçün 30 dollar endirim edir, bu da İranın Asiya müştərilərinə, xüsusən də Çinə endirimindən 10 dollar çoxdur.

Reuters həmçinin İran neft ixracının azaldığını, təxminən 40 milyon barel İran neftinin mart ayından mayın ortalarına kimi şərq sularında, xüsusən də Sinqapurda qapalı vəziyyətdə qaldığını və müştəri axtarışında gözlədiyini bildirib.

Beləliklə, mart və aprel aylarında İranın yüklədiyi neftin, demək olar, yarısı müştərisiz qalıb.

Bu arada, İrana Qarşı Nüvə Alyansı bu yaxınlarda bildirib ki, İranın ümumi neft ixracı (xam neft, qaz kondensatı və neft məhsulları) keçən ay gündəlik 933 min barelə çatıb ki, bu da mart ayına nisbətən üçdə bir azalma deməkdir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26