Interposta.Info

Bakı-Batumi reysləri bərpa olunub

İqtisadiyyat
 3-06-2022, 14:44     272


“Buta Airways” aviaşirkəti bu gündən Bakı-Batumi reysləri üzrə birbaşa uçuşları bərpa edib.

“Report”un yerli bürosu xəbər verir ki, pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvindən sonra Bakıdan Acarıstan paytaxtına ilk reys həyata keçirilib.

İlk reyslə 100-ə yaxın sərnişin Batumiyə səfər edib.

Acarıstanın Turizm Departamentindən bildirilib ki, “Buta Airways” şirkəti reysləri iyunun sonunadək həftədə iki, iyul ayından isə üç dəfə yerinə yetirəcək.

Batumi beynəxalq hava limanında sərnişinləri departament rəhbəri və Azərbaycanın Batumidəki Baş konsulu Pərviz İsmayılzadə qarşılab.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26