Interposta.Info

Azərbaycan İranla uçuşları bərpa edir

İqtisadiyyat / Manşet
 17-02-2022, 18:25     437

Azərbaycanın aşağıbüdcəli "Buta Airways” aviaşirkəti martın 4-dən etibarən Bakı və Tehran arasında koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış uçuşları bərpa edir.

"Buta Airways”dan "İnterPosta"ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan Tehran hava limanına və əks istiqamətdə xüsusi reyslər həftədə bir dəfə - cümə günləri yerinə yetiriləcək.

Həmin uçuşlara biletləri aviaşirkətin rəsmi saytından ("Büdcə”, "Standart” və "Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək olar.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

İrana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə İran ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/iran

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26