Interposta.Info

“Buta Airways” aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünkü reysini ləğv etdi

Müxtəlif
 24-02-2022, 09:14     281

NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın "Buta Airways" aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib.

"Buta Airways"in mətbuat xidmətindən "İnterPosta"ya verilən məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26