Interposta.Info

Avropa Komissiyası: "Rusiyanın Polşa və Bolqarıstana qazın ixracınıı dayandırması şantajdır"

İqtisadiyyat
 27-04-2022, 14:28     278

"Rusiyanın “Gazprom” dövlət şirkətinin Polşa və Bolqarıstana təbii qaz ixracının tam dayandırmaq barədə açıqlaması şantajdan başqa bir şey deyil".

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen tviter səhifəsində bildirib.

”Gazprom”un bəyanatı Rusiyanın bizi bir daha qazla şantaj etmək cəhdidir. Biz bu ssenariyə hazır idik. Biz Avropa İttifaqının əlaqələndirilmiş cavabının planını cızırıq. Bizim birlikdə olduğumuzdan və ziyan çəkmiş üzv ölkələrlə həmrəyliyimizdən avropalılar arxayın ola bilərlər”.

Bu gün “Gazprom” Polşa və Bolqarıstana təbii qazın ixracını bütövlükdə dayandırdıqlarını bildirmişdi. Səbəb kimi həmin ölkələrin ödənişi Rusiya rublu ilə etmədikləri göstərilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26