Interposta.Info

Qroznıdan Bakıya birbaşa aviareys açıla bilər

İqtisadiyyat
 9-04-2022, 09:23     272

“Utair” aviaşirkəti 2022-ci ilin may ayından etibarən Qroznıdan Bakı və İrəvana ilk müntəzəm reysləri açmağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu “TASS”a Çeçenistanın nəqliyyat və kommunikasiyalar naziri Ramzan Çerxiqov bildirib.

"Mayın 6-dan Çeçenistanın paytaxtı ilə Antalya arasında müntəzəm uçuşların bərpa olunacağı gözlənilir. Utair həmçinin İstanbula uçuşların sayını həftədə ikidən beşə çatdırmağı planlaşdırır. Bundan əlavə, “Utair” artıq Qroznıdan Bakıya və İrəvana müntəzəm uçuşlar həyata keçirmək üçün Federal Hava Nəqliyyatı Agentliyinə müraciət edib”, - Ramzan Çerxiqov deyib.

Onun sözlərinə görə, Dubay və Misirə uçuşların bərpası üçün də intensiv danışıqlar aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26