Interposta.Info

Kiçik övladları olan valideynlərə xəbərdarlıq: Baş nazir qərar verdi

İqtisadiyyat
 27-11-2021, 18:59     256

Yeni doğulan uşağa 3 yaşadək müavinət ödənilir. Bunun məbləği körpənin yaş yarımınadək 44 manat, yaş yarımından üç yaşadək isə 28 manat təşkil edir. Bu qayda işləməyən şəxslərə şamil edilmir.

"İnterPosta" xəbər verir ki, bu haqda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili Xəzər TV-yə müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu müavinət çalışan şəxslərin qismən ödənişli sosial məzuniyyətdə olduqları dövrdə verilir. Bunun üçün işləyən şəxs qismən ödənişli məzuniyyətə çıxan zaman çalışdığı müəssisəyə müraciət etməlidir:

“Uşağın doğum haqqında şəhadətnaməsi əsasında müəssisə işçiyə onun ərizəsində qeyd etdiyi müddətdə, yəni uşağın 3 yaşı tamam olan dövr üzrə məzuniyyətə çıxması haqqında əmr verir. Bundan sonra şəxsin işlədiyi qurum uşağa 3 yaşa qədər aylıq pulun ödənilməsi üzrə müvafiq sənədləri sığortaçıya, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondununa (DSMF) təqdim edir. Həmin sənədlər əsasında müavinətin ödənilməsi təmin edilir”.

Ətraflı videomaterialda:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26