Interposta.Info

Ərdoğan: Hədəfimiz 1 trilyon dollardır

İqtisadiyyat
 7-09-2021, 09:30     375

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra mühüm açıqlamalar verib.

"İnterPosta"xəbər verir ki, Ərdoğan Türkiyənin bu ilki iqtisadi gəlirlərini açıqlayıb. "Bu il milli gəlirimiz 800 milyard ABŞ dollarının üzərindədir. Orta müddətli proqram dövründə isə 1 trilyon dollara çatdıracağıq. Ölkəmiz və millətimiz üçün çox vacib proqramlar həyata keçirtdik, açılışlar etdik , təməllər qoyduq. Bir çox ölkələrin nümayəndələri ilə şəxsən telofon əlaqəsi saxladım. Bu görüşlər zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi apardıq".

Prezident vurğulayıb ki, ixracatımız rekordlar qırmaqda davam edir: "Avqust ayında ixrac məhsulları 207 milyard dolları ötüb. Bu ilin ilk yarısında artan məşğulluq 1,5 milyon insana çataraq pandemiyadan öncəki dövrü üstələyib".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26