Interposta.Info

Neft qiymətlərində kəskin dəyişikliklər gözlənilir (ŞƏRH)

İqtisadiyyat
 2-07-2021, 18:23     377

"Son illərdə ilk dəfədir ki, Brent markalı neft ilə WTI markalı neftin qiyməti bərabərləşib, hər iki növ neft 75-76 dollar koridorundadır. Çox güman yaxın günlərdə yenə kəskin qiymət dəyişikliklərini izləyəcəyik”.

"İnterPosta"xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert bu gün OPEC və Rusiya danışıqlarının davam edəcəyini qeyd edib:



"Dünən razılaşma olmadı - Səudiyyə və Rusiya hər ay 400 min barel olmaqla il sonuna qədər 2 mln. bareldən çox günlük hasilatı artırmağı, yəni daha ehtiyatlı davranmağı, süni yolla qiyməti hələ də yuxarıda saxlamağı təklif edirlər. Amma bir neçə ölkə bunun əlehinə çıxır, hasilatı daha çox artırmağı təklif edirlər, çünki qiymət sərfəlidir, həm də bazar paylarını artırmağı düşünürlər. Görüşün 5-ci gün axşama ertələnməsi onu deməyə əsas verir ki, razılaşma daha çox hasilatı artırmaq yönündə olacaq, bu isə qiymət koridorunu 10 dollar azalda, neft qiymətlərini 60-70 dollar koridoruna çəkə bilər”.

Natiq Cəfərlinin fikrincə, qərarın 5-ci gün axşama saxlanılması ona görə lazımdır ki, dünya birjaları bağlanandan sonra qərar çıxsın, həmən kəskin dalğalanma yaratmasın:

"Həftənin ilk iş gününə qədər bu qərarla bağlı ajiotaj azalsın, yeni həftədə birjalar açılanda qiymətlər daha az enmə göstərsin. Bu yanaşma anlaşmanın konservativ olmasında da keçərlidir, Səudiyyə Ərəbistanı və Rusiyanın təklifi keçsə, kəskin bahalaşma ola bilər. Ona görə də qərar hər bir halda birjalar bağlanandan sonra, ya da bağlanmağa yaxın elan ediləcək. Beləliklə, neft qiymətləri ya 60-70 koridoruna, ya da 80 dollardan yuxarı qiymət diapazonuna yerləşəcək, hər bir halda dalğalanmalar hissedilən olacaq”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26