Interposta.Info

Neft büdcə qiymətindən nə qədər ucuzdur?

İqtisadiyyat
 17-04-2020, 09:49     369

Energetika Nazirliyinin 16 aprel məlumatına görə, London birjasında brent markalı neftin barreli 27,95 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 19,89 dollara təklif olunur.

“AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 20,26 dollar qiymət qoyulduğu vurğulanır. Bu, büdcə qiymətindən 30 dollara yaxın aşağı qiymətdir.

Novator.az bildirir ki, Azərbaycanın 2020-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43 dollarla başlayıb.

Yanvarın gündəlik neft hasilatı 769 min barrel, fevralın hasilatı 750,6 min barrel, martın hasilatı 763,9 min barrel göstərilib.

Neft mart ayından başlayaraq dünyanı bürüyən koronavirus xəstəliyi fonunda kəskin ucuzlaşıb.

İri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) aprelin 12-də gündəlik hasilatı mərhələlərlə azaltmaq barədə yekun razılıq əldə ediblər.

May-iyun aylarında Azərbaycan gündəlik neft hasilatını 554 min barrel, iyul-dekabr aylarında 587 min barrel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə 620 min barrel həcmində saxlamalıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26