Interposta.Info

Yeni razılaşma qiyməti düşürdü

İqtisadiyyat
 25-06-2018, 13:02     10 368

İyunun 25-i dünya birjalarında neftin qiyməti düşüb. AZƏRTAC xəbər verir ki, London birjasında brent markalı neftin bir barrelinin qiyməti 1,38 dollar azalaraq 74,17 dollar, Nyu-York birjasında layt markalı neftin bir barrelinin qiyməti 0,25 dollar azalaraq 68,33 dollar olub.

OPEK+ sazişinin iştirakçıları iyunun 23-ü Vyanada gündəlik hasilatı ümumilikdə 1 milyon barrel artırmaq barədə razılığa gəliblər. Razılaşma iyulun 1-dən tətbiq olunacaq.

2016-cı il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan bəzi ölkələr, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də həmin sazişin müddətinin 2018-ci il aprelin 1-dək, 2017-ci il noyabrın 30-da 2019-cu il yanvarın 1-dək uzadılması barədə razılıq əldə olunub.

Novator.az bildirir ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) üzvlərinin sayı 15-ə çatıb. Nazirlər Şurasının qərarı ilə Konqo quruma qəbul edilib. OPEK-in digər 14 üzvü bunlardır: Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əlcəzair, Liviya, Nigeriya, Qabon, Anqola, Ekvador, Venesuela, Ekvatorial Qvineya.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26