Interposta.Info

Azərbaycan neftinin qiyməti son 2 ildə maksimum həddə çatdı

İqtisadiyyat
 23-06-2021, 11:17     363

Azərbaycan neftinin qiyməti bahalaşır.

"İnterPosta"xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.43 dollar artaraq 75.72 dollar təşkil edib.

Qeyd edək ki, bu, "Azeri Light” neftinin son 2 ildəki maksimum qiymətidir.

Xatırladaq ki, "Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26