Interposta.Info

Azərbaycanda bu şəxslərə verilən müavinət DAYANDIRILDI

İqtisadiyyat
 18-02-2021, 16:37     257

1996-cı ildə Heydər Əliyevin fərmanıyla repressiya qurbanlarının ailələrinə müavinət ayrılıb. Həmin ildən etibarən, müavinətin həcmi 11 manat müəyyənləşib. Lakin, digər kateqoriyalarda müavinətin miqdarı yüksəlsə də, repressiya qurbanlarının ailə üzvlərində müavinət 11 manat olaraq qalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkə başçısı tərəfindən qəbul edilərkən, repressiya qurbanlarının ailə üzvlərinə olan diqqətin artırılmasıyla bağlı tapşırıq vermişdi. Görünən odur ki, ölkə başçısının göstərişi hələ də yerinə yetirilməyib.

"İnterPosta" xəbər verir ki, mövzuyla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən Hurriyyet.org-un sorğunsuna cavab olaraq bildirilib ki, qeyd olunan 11 manat əlavə pul 1 yanvar 2021-ci il tarixindən etibarən ödənilmir:

“Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 19.1.5-ci maddəsinə əsasən repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərin əmək pensiyalarının üzərinə 11 manat əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunda sözügedən əlavənin siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərin ailə üzvlərinə verilməsi nəzərdə tutulmuşdur.

Qeyd etmək istərdik ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 240-VIQD nömrəli Qanuna əsasən adıçəkilən qanunun 19-cu maddəsi ləğv olunmuşdur. Bu səbəbdən qeyd olunan əlavənin (11 manat) 1 yanvar 2021-ci il tarixindən sonra ödənilməsi mümkün deyil”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26