Interposta.Info

Bu il Azərbaycanda koronavirusla mübarizəyə 261 milyon ayrılıb

İqtisadiyyat
 1-01-2021, 13:22     415

Bu ilin dövlət büdcəsində koronavirus (“COVID-19”) pandemiyasına qarşı mübarizəyə 261 milyon manat vəsait ayrılıb.

"İnterPosta" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

Fərmanda həmçinin qeyd olunub ki, Nazirlər Kabineti nəzərdə tutulan vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri həyata keçirsin.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26