Interposta.Info

Ekspert 20 manatlıq üzərindəki "Qarabağ Azərbaycandır" ifadəsini şərh etdi

İqtisadiyyat
 24-10-2020, 14:34     730

"Böyük ehtimalla son dövrlərdə ən çox istifadə olunan "Qarabağ Azərbaycandır" ifadəsi bu nominallarda əks etdirməklə əslində Azərbaycan hansısa formada uzunmüddətli dövrdə bu ifadənin tarixləşməsi və əbədiləşməsinə cəhd göstərir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov 20 manatın üzərində "Qarabağ Azərbaycandır" ifadəsinin yazılmasından danışarkən deyib. Ekspert bildirib ki, nominalların üzərindəki eskizlərin dəyişdirilməsinin heç bir iqtisadi effekti olmur:

"Eskizlərin pulun özünün dəyərinin artmasında, yaxud da aşağı düşməsində hər hansı bir təsiri olmur. Amma bu dəfə qəbul edilən qərar son bir ayda ölkədə başlamış bu prosesin əhval-ruhiyyəsindən, baş verənlərdən ruhlanaraq qəbul edilib. Ona görə də onun pulun dəyərsizləşməsi, yaxud da dəyərinin artması ilə bağlı cəmiyyətdə hər hansı bir narahatçılığın yaranmasına əsas yoxdur. Dünya təcrübəsində də adətən dəyər verdikləri şəxslərin, elemenetlərin, abidələrin pul əskinaslarının üzərinə təbliğat vasitəsi kimi istifadə olunaraq nəsillərə ötürülməsi təcrübəsindən istidafə olunur".
Qeyd edək ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov müsahibəsində 20 manatlıq banknotun tam şəkildə Qarabağ mövzusuna həsr olunacağını deyib: "20 manatlıq əsginasın üzərindəki "Qarabağ” sözü isə cənab Prezidentin dilindən düşməyən "Qarabağ Azərbaycandır” ifadəsi ilə iri şriftlərlə əvəz edəcəyik”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26