Interposta.Info

ABŞ-da şist neft istehsalçıları müflisləşir

İqtisadiyyat
 25-05-2020, 23:56     898

ABŞ-da COVID-19 pandemiyası nəticəsində tələbatın xeyli azalması üzündən şist nefti istehsalı sahəsi ciddi böhranla üzləşib.

“Report” “FT”a istinadən xəbər verir ki, ölkədə şist neftinin hasilatı ilə məşğul olan 17 şirkət müflisləşmə proseduruna başlayıb. Belə ki, həmin şirkətlərin borcu 14 milyard ABŞ dolları həddindədir.

Həmçinin ilin sonunadən müflisləşən şirkətlərin sayının 73-ə çatacağı istisna edilmir.

Hazırda ABŞ-ın “WTI” (“West Texas Intermediate”) markalı neftin qiyməti aprel ayındakı kimi mənfi rəqəmlərə düşməsə də, hər halda 30 dollar bu ilin yanvar səviyyəsinə nisbətən iki dəfə azdır. Belə getsə, gələn il daha 170 istehsalçı şirkət müflisləşdiklərini elan edə bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26