Interposta.Info

BP: Yaxın 20 ildə neft istehlakı artacaq

İqtisadiyyat
 25-10-2017, 20:11     9 389

"Bizim hesablamalarımıza əsasən, yaxın 20 ildə dünya bazarında neft istehlakı artmaqda davam edəcək".

"Report" xəbər verir ki, bunu Bakıda BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov bildirib: “Bununla belə, daha uzaq gələcəyə baxsaq, neft istehlakının modelində ciddi dəyişikliklər müşahidə edəcəyik. Məlumdur ki, neftin böyük hissəsinə tələb nəqliyyatla bağlıdır və elektromobillərin sayının artması tələbata təsir göstərəcək”.

V.Drebentsov həmçinin qeyd edib ki, növbəti iki ildə dünyada neftə tələbat əvvəlki ildən çox artacaq.

Neftin qiymətini də şərh edən iqtisadçı bildirib ki, neftin qiymətindəki hazırkı artım davamlı deyil: “Son aylardakı artım ABŞ-da baş verən qasırğa ilə bağlıdır. 2020-ci ildən sonra stabilləşmə üçün daha böyük şans var. 2022-ci ildən bazar daha stabil olacaq və artım üçün daha davamlı amillər olacaq”.

Onun sözlərinə görə, daha sonra isə bazarda qiymət OPEC-in siyasəti və ABŞ-da şist neft hasilatının vəziyyətindən asılı olacaq: “Lakin, əgər qiymətin artması şansı varsa, onun baş verməməsi riski da var. Hər şey ABŞ-ın şist neft hasilatının artımından asılıdır. ABŞ-da şist neft hasilatı gözlədiyimizdən 1,5 dəfə çox arta bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26