Interposta.Info

Neft 2017-də ilk dəfə bu qədər ucuzlaşdı -

İqtisadiyyat
 20-06-2017, 17:12     586

"2017-ci ildə ilk dəfə olaraq Brent markalı neftin hər barelinin qiyməti 47 dollardan aşağı düşdü. Qətər ətrafındakı gərginlik və eləcə də ABŞ-da neft ehtiyatlarının artması fonunda neftin dünya bazar qiymətində azalmalar müşahidə edilməkdədir”.

BakuPost.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov neftin dünya bazarlarında qiymətinin azalmasını şərh edərkən deyib. Bildirib ki, ilin ilk 4 ayında nisbətən stabil qalan neft qiymətlərinə Qətər gərginliyindən sonra OPEC+ anlaşmasının yerinə yetirilməsi ilə bağlı formalaşan inamsızlıq birbaşa təsir göstərməkdədir: "Əslində, son proseslər göstərir ki, nəinki şist neft hasilatının artması və ya alternativ enerjidən istifadə imkanlarının genişləndirilməsi, eyni zamanda Yaxın Şərq ölkələrinin bir-biri ilə gərgin münasibətləri neftin qiymətinin yüksəlməsinə imkan vermir. Azərbaycan dövlət büdcəsində neftin bir barelinin qiymətinin 40 dollar nəzərdə tutulduğundan hələlik mövcud qiymət ölkəmiz üçün məqbul hesab edilə bilər.

Bununla belə, əvvələrdə qeyd etdiyimiz kimi, neftin dünya bazar qiymətinin 40 dollardan aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Bu tədiyyə balansına və xüsusən də ölkəyə daxil olan valyutanın həcminə mənfi təsir göstərəcək. Bu baxımdan, fiskal konsolidasiyanın növbəti mərhələsi struktur islahatlarının sürətləndirilməsi formasında həyata keçirilməlidir. Struktur islahatlarının genişləndirilməsi yalnız büdcə vəsaitlərinə qənaət deyil, eyni zamanda müxətlif sektorların idarəedilməsində çevikliyin və səmərəliyinin gücləndirilməsi baxımdan da vacibdir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26