Interposta.Info

FED hesab edir ki, bu addımı dünyada iqtisadi aktivliyi canlandıracaq (EKSPERT)

İqtisadiyyat
 16-03-2020, 15:41     358

"FED-in faiz dərəcəsini endirməsini dünya iqtisadiyyatına bir dəstək kimi qiymətləndirmək lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, dünyada ciddi həyəcan var:

"FED-in faiz dərəcəsinin endirməsi Amerika və dünya iqtisadiyyatına bir istək göstərmək anlamına gəlir. FED faiz dərəcələrini aşağı endirdi və bazarlara 700 milyard dollar əlavə rekvizit saxlayacağını dedi. Dünyada ciddi həyəcan var. İqtisadi aktivliyin həddindən artıq kəskin azalması müşahidə olunur.

İqtisadi aktivlik Amerika, Avropa və bütün dünyaya yayılıb. FED hesab edir ki, bu addımlar bütün dünyada iqtisadi aktivliyi canlandıracaq”.

Xatıladaq ki, ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsi (FMOC) faizi sürpriz bir şəkildə 1 bənd azaldaraq 0-0.25% aralığına endirib. Həmçinin bank 700 milyard dollarlıq təşviq proqramı (istiqraz alışları) açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26