Interposta.Info

Deputatın proqnozu:

İqtisadiyyat
 6-05-2017, 10:51     616

FES uçot dərəcəsinin dəyişmədiyini, faizlərin stabil qaldığını bildirib. Əgər dərəcə artsa, bu, dolların məzənnəsi və neftin qiymətinə ciddi təsir edəcək.

Bu sözləri Axar.az-a Milli Məclisin deputatı, iqtisadçı ekspert Vahid Əhmədov ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) may ayı üçün açıqlanan uçot dərəcəsi haqda danışarkən deyib.

O, növbəti ay üçün dolların faiz dərəcəsinin qaldırılacağı ilə bağlı xəbərləri belə şərh edib:

“Uçot dərəcəsinin artılırması ilk olaraq dolların məzənnəsi baxımından psixoloji olaraq təsir edəcək. Həmçinin dolların enməsi ilə yanaşı, neftin qiymətində də kəskin azalmalar müşahidə olunacaq.

Son vaxtlar neftin qiymətində ciddi enmələr baş verir. Uçot dərəcəsinin artılırması həmin prosesi daha da sürətləndirəcək. Belə olduğu halda bu, mütləq şəkildə Azərbaycan neftinə də təsirsiz ötüşməyəcək.

Ötən gün Rusiyada neftin qiyməti kəskin şəkildə aşağı düşməklə rubl ucuzlaşdı. Dünyaya neft ixrac edən ölkələrdən biri olan Livanda isə hazırda stabilləşmə prosesi gedir. Bütün bunlar dünyanın siyasətidir. Daha hansı süprizlərin olacağını zaman göstərəcək”.

Qeyd edək ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FES) may ayı üçün uçot dərəcəsini açıqlayıb. Bu barədə danışan FES rəhbəri Cannet Yellen minimum faiz nisbətinin 0,75 faiz, maksimum isə 1 faiz olaraq dəyərləndirildiyini, başqa sözlə desək, faiz dərəcəsinin dəyişmədiyini açıqlayıb.

Növbəti aylarda isə FES-in uçot dərəcəsini qaldıracağı gözlənilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26