Interposta.Info

Manatın dövretmə sürəti azalır

İqtisadiyyat
 29-11-2019, 23:00     585

Bu ilin noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,80 bənd təşkil edib.

"İnterPosta.info" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 0,1 bənd, yanvarın 1-nə nisbətən 0,65 bənd, ötən ilin noyabrın 1-nə nisbətən isə 0,79 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26