Interposta.Info

Manatın real effektiv

İqtisadiyyat
 10-03-2017, 20:44     606

Manatın real effektiv

Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il fevral ayının 1-nə 90,2 bənd təşkil edib.

interposta.info
-ın məlumatına görə, “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə 1,1 bənd aşağıdır. Keçən ilin analoji dövrünə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 2,1 bənd azalıb.

Real effektiv məzənnənin azalması manatın dəyərinin Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə ucuzlaşması deməkdir.

Agentliyin analitik qrupu fevral ayında Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının möhkəmlənməsi ilə yanaşı manatın da möhkəmləndiyini və nəticədə, manatın real effektiv məzənnəsində ciddi dəyişikliyin olmayacağını proqnozlaşdırır.

Qeyd edək ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş sayılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26