Interposta.Info

Dollar indeksi yenidən psixoloji həddi ötdü

İqtisadiyyat
 10-04-2017, 15:08     569

Dollar indeksi psixoloji hədd sayına 100 bəndin üzərində möhkəmlənib və hazırda 101,1 bənd təşkil edir.

Report xəbər verir ki, dollar indeksi 2015-ci və 2016-cı illərdə bu səviyyəni ötsə də, bu, qısamüddətli olub.

Qeyd edək ki, dollar indeksi - ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu valyutalar - avro (səbətdə payı 57,6%), yen (13,6%), funt sterlinq (11,9%), Kanada dolları (9,1%), İsveç kronu (4,2%) və İsveçrə frankı (3,6%) təşkil edir. İndeks 1973-cü ilin mart ayından hesablanır və baza dəyəri 100 qəbul olunub.

Dollar indeksinin ən azı 112 səviyyəsinə yüksəlməsi mümkündür ki, bu da cari səviyyələrdən dolların əsas valyutalarla müqayisədə orta hesabla daha 12% bahalaşacağını göstərir:

"Yəni əsas valyuta cütlüyü sayılan USD/EUR-da cari səviyyə 1,0580 kimi nəzərə alınarsa, ortamüddətli perspektivdə məzənnənin 0,93-ə geriləyəcəyi ehtimal edilə bilər. Təbii ki, səbətdəki bəzi valyutalarla müqayisədə dollar daha çox, bəzilərinə qarşı daha az möhkəmlənə bilər. Lakin, dollar indeksi 112 bənd səviyyəsini ötərsə, 120, bu səviyyəni də keçərsə, 130-a çata bilər".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26