Interposta.Info

2020-ci ilin neft qiymətləri... - Bahalaşacaq, yoxsa ucuzlaşacaq?..

İqtisadiyyat
 4-10-2019, 16:09     10 320

İqtisadçı-ekspert: “Növbəti dövrlərdə neftin qiyməti ilə bağlı proqnozlaşdırma aparmaq çox çətindir. Çünki neftin qiyməti daha çox siyasi faktorlar əsasında formalaşır”

“Hazırda OPEK, Beynəlxalq Enerji Agentliyi və ABŞ Enerji Administrasiyası kimi qurumlar da növbəti 4 il üçün neft bazarında pozitiv dəyişikliklər gözləmirlər”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatının kəskin azalmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, sentyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə sutkalıq xam neft hasilatı kəskin azalıb. Buna səbəb Səudiyyə Ərəbistanında neft obyektlərinə təşkil edilən hücumlar və Venesuela iqtisadiyyatındakı geriləmədir.

Analitiklərin hesablamalarına görə, ötən ay OPEC-in neft hasilatı orta hesabla 28,32 milyon barrel olub. Bu, kartel üzrə istehsalın son 10 ildə ən aşağı səviyyəsidir.

Xatırladaq ki, avqustda OPEC-in neft istehsalı gündəlik 29 milyon 740 min barrel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 30 faiz olub.

Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramko” neft müəssisəsinə hücumdan sonra neft bazarında qiymətlə bağlı qeyri-müəyyənlik formalaşıb. Hücumdan sonra Səudiyyə Ərəbistanı ilə İran arasında, həmçinin ABŞ-İran arasında yaşanan gərginliklər birjalarda narahatlıqla qarşılanır. Hücumun təkrarı yaşanarsa, birjalarda xaotik durumun yaşanmasına və qiymətlərin kəskin şəkildə artmasına səbəb ola bilər. Səudiyyə Ərəbistanı ilə İran arasında müharibə ehtimalı isə neft bazarında ciddi təlatümlərə yaranmasına səbəb olacağı isə demək olar ki, heç kimdə şübhə doğurmur

2020-ci ildə neft bazarında hansı hansı təlatümlər yaşana bilər və “Saudi Aramko”ya hücumdan sonra ehtimallar daha çox neftin qiymətinin yüksək olacağı üzərindədirmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edib.

Rəşad Həsənov: “Körfəzdə müşahidə edilən gərginlik, xüsusi ilə İran-ABŞ, İran və Səudiyyə Ərəbistanı arasında, eyni zamanda İsrailin də daxil olduğu bu proseslərdə ehtimal olunan risklərin artmasə və yaxud hər hansı bir qarşıdurma neft bazarında qiymətlərin kəskin şəkildə artmasında gətirib çıxara bilər”.

2020-ci ildə ABŞ və Çin arasında ticarət sazişləri ilə bağlı müzakirələrin sonlanacağını proqnoz edən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, neftin qiyməti də bu sonlandırmanın nəticəsindən asılı olacq. Yəni əgər bu sazişlərdə müsbət məqamlar öz əksini taparsa, qiymətlərdə artımlar baş verə bilər:

“Xam neftdə hasilatın azalması qeyd edilən kimi Səudiyyə Ərəbistanında neft obyektlərinə təşkil edilən hücumların nəticəsi idi. Bu proses artıq bərpa olunmaqdadır. Hətta bazarların gözlədiklərindən daha surətli istehsalat prosesi bərpa olunur. Artıq Səudiyyə Ərəbistanı dünya bazarına təklif etdiyi neft əvvəlki səviyyəyə qayıtmaq üzrədir.

Eyni zamanda son günlərdə neftin qiymətində kəskin azalma müşahidə olunur. Təbii ki, bu da qeyd edilən məqamın nəticəsidir. Amma növbəti dövrlərdə neftin qiyməti ilə bağlı proqnozlaşdırma aparmaq çox çətindir. Çünki neftin qiyməti daha çox siyasi faktorlar əsasında formalaşır.

Doğrudur fundamentla faktorlar da hazırda neft üçün pozitiv proqnozlar müəyyənləşdirməkdə çətinliklər yaradır. Çünki dünya iqtisadiyyatında azalma tendensiyasının daha çox ehtimal edilməsi növbəti illərdə bu istiqamətdə tələbatın aşağı düşməsinə gətirib çıxara bilər. Məsələn bu günlərdə “Standerton” agentliyi də 2020-2021-ci illər üçün dünya bazarında neftə olan tələbatın artım proqnozu aşağı salıb.

Rəşad Həsənov: “Fundamentla faktorlar da hazırda neft üçün pozitiv proqnozlar müəyyənləşdirməkdə çətinliklər yaradır”.

Hazırda OPEK, Beynəlxalq Enerji Agentliyi və ABŞ Enerji Administrasiyası kimi qurumlar da növbəti 4 il üçün neft bazarında pozitiv dəyişikliklər gözləmirlər. Hasilatın artım tempini də aşağı salıblar. Belə bir şərtlər daxilində neftin qiyməti yalnız siyasi faktorlar əsasında bahalaşa bilər.

Buna da Körfəzdə müşahidə edilən gərginlik, xüsusi ilə İran-ABŞ, İran və Səudiyyə Ərəbistanı arasında, eyni zamanda İsrailin də daxil olduğu bu proseslərdə ehtimal olunan risklərin artmasə və yaxud hər hansı bir qarşıdurma neft bazarında qiymətlərin kəskin şəkildə artmasında gətirib çıxara bilər.

Həmçinin mümkündür ki, 2020-ci ildə ABŞ və Çin arasında ticarət sazişləri ilə bağlı müzakirələr sonlandırılsın. Neftin qiyməti də bu sonlandırmanın nəticəsindən asılı olacq. Yəni əgər bu sazişlərdə müsbət məqamlar öz əksini taparsa, qiymətlərdə artımlar baş verə bilər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26