Interposta.Info

Keniya tarixində ilk dəfə neft ixrac edib.

İqtisadiyyat
 27-08-2019, 08:10     10 359

Keniya tarixində ilk dəfə neft ixrac edib.

Bu barədə ölkə prezidenti Uhuru Kenyatta açıqlama verib. Dövlət başçısı Mombasa limanında Keniya xam neftini xarici bazara daşıyan ilk tankerin yola salma mərasimində çıxış edib. Uhuru Kenyatta bu hadisəni Keniya tarixində dönüş nöqtəsi kimi səciyyələndirib və 200 min barel neft yükü ilə limandan ayrılacaq "Celcius Riga” gəmisi üzərində dövlət bayrağını qaldırıb.

Beləliklə, iİlk dəfə dünya bazarına neft çıxaran Keniya neft ixrac edən ölkələr ailəsinə daxil olub.

Qeyd edək ki, Keniya nefti Çinin "Chemchina” şirkəti tərəfindən beynəlxalq hərracda 12 milyon dollara satın alınıb. Keniyada ilk kommersiya miqyaslı neft yatağı hələ 2012-ci ildə Böyük Britaniyanın "Tullow Oil” şirkəti tərəfindən ölkənin qərbindəki Lokiçar dərəsində kəşf edilmişdi. Yatağın ehtiyatı 560 milyon barel həcmində dəyərləndirsə də, son tədqiqatlar həmin yatağın Böyük Rif Zolağı boyu ölkənin şimalından cənubunadək uzanan irimiqyaslı neftli bölgənin bir hissəsi ola biləcəyini göstərir. Hazırda isə ölkənin gündəlik neft hasilatı 80 mim bareldir./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26