Interposta.Info

Prezident sərəncam imzaladı: nazirliyə 5 milyon manat ayırıldı

İqtisadiyyat / Manşet
 1-06-2019, 13:24     10 404

Prezident İlham Əliyev xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İnterPosta.info
xəbər verir ki, sərəncama əsasən, "Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26