Interposta.Info

Dollar 3 manata qədər bahalaşa bilər

İqtisadiyyat
 30-01-2019, 12:11     10 422



"SP Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb. Belə olan halda, dolların hansı həddə qədər bahalaşağı müzakirə mövzusuna cevrilib.

İnterPosta.info
-nun məlumatına görə, məsələ ilə bağlı yenicag.az iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.

Ekspert neftin qiyməti kəskin düşərsə, dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyini istisna etməyib:

"Neft qiymətləri ilə bağlı problemlər davamlı şəkildə olacaqsa, Azərbaycan hökuməti valyuta ehtiyatlarından manatın məzənnəsi üçün istifadə etməyəcək. Yumşaq formada məzənnənin dəyərdən düşməsinə çalışacaq, bununla bağlı qərarlar verəcək.
2018-ci ilin sonunda maliyyə naziri Samir Şərifov da manatın məzənnəsinin möhkəm olmasının Azərbaycan iqtisadiyyatına sərf etmədiyini söyləmişdi”.

Ekspert dolların bahalaşacağı halda, üçüncü devalvasiyanın da qaçılmaz olacağını bildirib:

"Neft qiymətlərində azalmalar davamlı şəkildə getsə, 2020-2021 ildə təqribən 2 manat bir dollara bərabər ola bilər. Neft 40 dollardan aşağı düşərsə, manat daha kəskin ucuzlaşa bilər. Bu zaman 1 dolların 3 manata qədər bahalaşması mümkündür”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26