Interposta.Info

Beynəlxalq qurum açıqladı: 1 dollar 1,97 manat olacaq!

İqtisadiyyat
 28-01-2019, 14:15     10 445

"StandardPoor’s” (SP) beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb.

İnterPosta.info
xəbər verir ki, agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyi müşahidə ediləcək.

2019-cu ildə orta məzənnə 1,79 manat/1 dollar, 2020-ci ildə - 1,87 manat/1 dollar, 2021-ci ildə - 1,97 manat/1 dollar səviyyəsində proqnozlaşdırılır.

"2017-ci ilin aprel ayından mübadilə məzənnəsi 1,97 manat/1 dollar səviyyəsində stabilləşib. Fikrimizcə, əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək”, - agentlik qeyd edir.

2018-ci ilin yekunlarına görə, manatın dollara nisbətən məzənnəsi 1,7 manat/1 dollar təşkil edib.

SP 2019-cu ilin sonunda Azərbaycan Mərkəzi Bankının ehtiyatlarının 460 mln. ABŞ dolları və ya 7,31% artaraq 6,754 mlrd. dollara çatacağını proqnozlaşdırır. Məlumatda qeyd olunub ki, 2018-ci ildə AMB-nin ehtiyatları 959 mln. dollar və ya 17,98% artaraq 6,294 mlrd. dollar olub: "AMB-nin valyuta ehtiyatları 2020-ci ildə 7,211 mlrd. dollar, 2021-ci ildə isə 7,671 mlrd. dollar olacaq”.

Agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin sonunda da Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) likvid aktivlərinin ümumi daxili məhsulun (ÜMD) təxminən 60%-nə bərabər olacaq.

Qurum bəyan edib ki, növbəti 4 il ərzində Fondun xalis aktivlərinin ÜDM-in 37%-ni təşkil edəcəyi gözlənilir: "Azərbaycanın fiskal artımının ÜDM-ə nisbəti 3%-dən 2%-ə düşəcək. Biz həmçinin xərclərin artım tempinə sərhəd qoyan fiskal qaydaların adaptasiyasının davam edəcəyini gözləyirik. Real ÜDM 2018-ci ildə 1,1% artdığı halda, 2019-cu ildə bu artım 2,3%, 2020-ci ildə 3%, 2021-ci ildə 3,1%-ə bərabər olacaq”.

SP Azərbaycanın reytinqinə də yenidən baxıb. Məlumata görə, Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini "BB+/B” səviyyəsində müəyyən edib. Reytinq üzrə proqnoz isə sabitdir.

SP aşağı neft qiymətləri fonunda Azərbaycan üçün orta iqtisadi göstəricilərin qeydə alınacağını proqnozlaşdırır: "2018-ci ildə zəifləməyə baxmayaraq fiskal balans olduğu kimi qalacaq. 2019-2022-ci illərdə iqtisadi artım davam edəcək və xarici balansda az da olsa profisit qeydə alınacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26