Interposta.Info

“Növbəti iki ildə manatın məzənnəsi sabit qalacaq” - Beynəlxalq agentlik

İqtisadiyyat
 3-02-2018, 11:08     10 600

“2017-ci ildə Azərbaycanda makro-sabitlik yaxşılaşıb”

Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Bildirilir ki, neft qiymətlərinin tədricən artması, o cümlədən sərt monetar və fiskal siyasət nəticəsində dolların manata nisbətən məzənnəsi apreldən etibarən 1,70 manat səviyyəsində stabilləşib. “Bu da öz növbəsində, 2017-ci ildə 12,9% səviyyəsində olan inflyasiya təzyiqlərini azaltmağa gətirib çıxarıb.

Ötən ilin mart ayı ilə müqayisədə apreldən etibarən inflyasiya azalıb. Kreditlərin və depozitlərin dollarlaşma səviyyəsi (2017-ci ilin noyabrın sonuna müvafiq olaraq 40,6% və 72,1%) yavaş-yavaş azalır, bu da məzənnəyə inamın müəyyən qədər artdığını göstərir. Neft qiymətlərinin sabit olması ilə bağlı gözləntiləri nəzərə alaraq növbəti iki il ərzində manatın məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırırıq,” - deyə məlumatda qeyd olunub. “APA-Economics”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26