Interposta.Info

“Standard & Poor`s”: Azərbaycanda dolların məzənnəsi 1,87 manata yüksələcək

İqtisadiyyat
 31-07-2017, 16:27     10 340

Azərbaycanda dolların məzənnəsinin yaxın 2 ildə sabit qalacağı gözlənilir

"Report" xəbər verir ki, bu proqnoza "Standard & Poor`s" Beynəlxalq Reytinq Agentliyi çıxış edib.

Agentliyin Azərbaycan iqtisadiyyatının yaxın 4 ildə perspektivləri ilə bağlı hesabatında bildirilib ki, dolların məzənnəsi 2019-cu ildə 1,79, 2020-ci ildə isə 1,87 manat təşkil edəcək.

"Standard & Poor`s" həmçinin bildirib ki, ölkədə depozitlərin dollarlaşma dərəcəsi 60%-dən yuxarı qalmaqda davam edir. Bu da Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətə təsir cəhdlərini məhdudlaşdırır. Həmçinin, yerli valyutada kapital bazarının kiçik həcmdə olması AMB-nin əməliyyatlarının effektivliyini aşağı salır.

"AMB-nin monetar siyasətinin aşağı effektivliyə sahib olması bizim Azərbaycanla bağlı reytinqimizi məhdudlaşdırır", - agentlik bəyan edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26