Interposta.Info

Azərbaycan nefti 2% bahalaşıb

İqtisadiyyat
 30-01-2019, 11:52     10 368

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,41 dollar və yaxud 2,29% artıb.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,89 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26