Interposta.Info

Ləğv edilən bankların əmlakları satışa çıxarıldı

İqtisadiyyat
 10-04-2018, 11:00     10 492

Ləğv prosesində olan bankların balansındakı əmlakların satışına başlanılıb.

Xezerxeber.az-in məlumatina görə, bunun üçün açıq hərraclar təşkil olunub.

Hərracda həm hüquqi, həm də fiziki şəxslər iştirak edə bilərlər. Ancaq satılan əmlakların qiyməti bazar qiymətindən ucuz olmayacaq.

Bağlanan bankların balansında olan əmlakların satışını Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vastəsilə həyata keçirir. Fondun beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fuad Hüseynəliyev bildirib ki, qiyməti min manatdan yuxarı olan əmlaklar açıq hərracda satılıcaq.

Fuad Hüseynəliyevin sözlərinə görə, satılan əmlakların əsas hissəsini avtomobillər təşkil edir. Ötən ildən satışa çıxarılan 64 əmlakın 49-u avtomobil olub. Hazırda isə 41 əmlak hərraca çıxarılıb. Onlardan 17 lot üzrə ev və qeyri-yaşayış sahəsi, 10 avtomobil, 14-ü isə bank avadanlığı və mebeldir.

Fuad Hüseynəliyev bildirib ki, satışa çıxarılan əmlaklar bazar qiymətinə uyğun satılacaq.

Hərracın qiymətini müəyyənləşdirərkən bir sıra amillər nəzərə alınır.

Hərraca çıxarılan daşınmaz əmlakların qiymətləri 60 min-400 min manat, avtomobillərin qiyməti isə 3500-139 min manat arasında dəyişir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26