Interposta.Info

Müəssisə ləğv edildi:

Müxtəlif
 1-08-2017, 12:58     10 036

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ləğv edilmiş müəssisəsinin avtomobillərini satır.

Əmlak Məsələləri Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, nazirlik ləğv olunmuş Şuşa Avtonəqliyyat Müəssisəsinin balansındakı nəqliyyat vasitələrini satışa çıxarıb. Hərraca təqdim edilən avtomobillərdən dördü “Kamaz”dır.

Digər avtomobillər isə “Maz”, “Moskviç”, UAZ markalı maşınlardır. Auksiona çıxarılan avtomobillər arasında ən yüksək start qiyməti “Kamaz”lara məxsusdur. Onların qiyməti 5000 manatla 5200 manat arasında dəyişir. “Maz” avtomobili 3300 manata təqdim edilib. “Moskviç”in ilkin satış qiyməti 500 manat, UAZ markalı avtomobilin qiyməti isə 600 manata təqdim edilib.

Hərrac avqust ayının 15-də keçiriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26