Interposta.Info

Şahzadə Diananın paltarı hərracda 127 min dollara satışa çıxarılıb

Ölkə
 4-12-2018, 08:55     460

Böyük Britaniyada şahzadə Diananın paltarı hərracda satışa çıxarılıb.

Bu barədə "Kerry Taylor" hərrac evi məlumat yayıb.

Söhbət britaniyalı modelyer Devid Emanuel tərəfindən yaradılan fil dişi rəngli paltardan gedir.

Bildirilir ki, Diana onu 1986-ci ildə Bəhreynə rəsmi səfəri zamanı geyinib. Sonra şahzadə paltarını xeyriyyə məqsədləri üçün bağışlayıb.

Səkkiz il sonra naməlum qadın Hereford şəhərindəki mağazaların birində həmin paltarı alıb və 255 dollar ödəyib. İndi hərracda paltarın başlanğıc qiyməti 127,4 min dollar təşkil edir./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26