Interposta.Info

Neft bir dollar artırsa, əlavə nə qədər qazanırıq?

İqtisadiyyat
 7-11-2017, 07:38     8 050

Dünyada neft qiymətlərinin iki illik fasilədən sonra nəhayət 62 dollarlıq psixoloji baryeri ötməsi müşahidə olunur.

Siyasi səbəblər üzündən 3 ildir enən neft qiymətləri nəhayət bu gün 64,08 dollara yüksəlib. Bu rəqəm son 2,5 ilin ən yüksək göstəricisi hesab edilir.

Maraqlıdır, bu artım neft ölkəsi olan Azərbaycana hansı əlavə gəlir gətirir?

İqtisadçıların sözlərinə görə, dünya bazarında neftin qymətinin bir dollar artması Azərbaycana hər gün əlavə 400 min dollar qazanc verir. Bu qiymətin ən azı bir neçə ay stabil qalacağı təqdirdə isə büdcəyə gözlənilməyən daxilolmaların kifayət qədər çox olacağı qaçılmazdır.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsində risklər nəzərə alınaraq, neftin bir barrelinin qiyməti 45 dollardan hesablanıb./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26