Interposta.Info

Mərkəzi Bank iyunadək manatın… -

İqtisadiyyat
 6-04-2017, 13:56     572

Mərkəzi Bank iyunadək milli valyutanın bazar dəyərinin formalaşmasına nail olmağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, manat bazası, neftin dünya bazar qiymətinin hazırkı səviyyəsi, idxalın məhdudlaşdırılması və ya əvəzlənməsi kimi mövcud şərtlər qalarsa, manatın yaxın müddətdə daha az intervallar ilə volatilliyinin (dəyişkənlik, qeyri-sabitlik) olacağı gözlənilir:

“Amma istənilən milli valyuta bir gün bahalşıb və bir neçə gün sonra ucuzlaşa və ya əksinə, dəyər itirən valyuta müəyyən müddət sonra bahalaşa bilər. Sadəcə, bir günun durumu ilə ümumi vəziyyəti qiymətləndirmək və proqnozlar vermək doğru olmazdı. Milli valyutanın məzənnəsinin dəyişməsinə daha strateji yanaşmaq lazımdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26