Interposta.Info

2018 üçün daha bir proqnoz: manatı nə gözləyir?

İqtisadiyyat
 22-12-2017, 07:29     10 689

Azərbaycan manatının məzənnəsində sabitlik birbaşa neft gəlirlərindən asılıdır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu qeyd edib. O bildirib ki, bu il ərzində dünya bazarında xam neftin orta qiymətinin ötən illə müqayisədə 10 dollardan çox bahalaşması manatın ABŞ dollarına nəzərən kursunun tənzimlənməsində Mərkəzi Banka əhəmiyyətli dəstək oldu:

“Əgər növbəti illərdə dünya bazarında neftin qiyməti kəskin ucuzlaşarsa, onda azalan valyuta gəlirlərinin birbaşa və dolayı təsirlərindən qaynaqlanan faktorların, eləcə də dövlətin və şirkətlərin xarici kreditorlar qarşısında öhdliklərinin gələn ildən daha da çoxalmasının təsiri ilə milli valyutanın sabitliyi pozula bilər və dolların məzənnəsi orta müddətli dövrdə 2 manatı ötər”.

Q.İbadoğlu vurğulayıb ki, bu, zamana və neftin dünya bazar qiymətlərinə bağlı olan məsələdir:

“Əgər əksinə, dünya bazarında neft indiki səviyyədə və ya ondan baha olarsa, onda 2018-ci ildə manatın dollara nisbətən orta illik məzənnəsi 1,75 həddində qərarlaşa bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26