DÇ-2026: Portuqaliya və İapaniya 1/8 finalda
Futbol üzrə dünya çempionatı davam edir. Bu gecə 1/16 finalın daha 2 qarşılaşması baş tutub.
Los-Anceles stadionunda keçirilən günün ilk oyununda İspaniya Avstriya üzərində 3:0 hesablı qələbə qazanıb.
Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar.
Portuqaliya isə Xorvatiyanı məğlub edərək mübarizədən kənarlaşdırıb. Toronto stadionunda keçirilən matçda portuqaliyalılar 2:1 hesablı qələbəyə seviniblər.
Hesabı xorvatlar açıb. 53-cü dəqiqədə İvan Perişiç diqqət mərkəzinə düşüb. Lakin geri dönüş etməyi bacaran portuqaliyalıların heyətində Kriştianu Ronaldu (68-p.) və Qansalu Ramuş (90+4) fərqləniblər.
Portuqaliya və İspaniya milliləri 1/8 finalda qarşılaşacaq.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



