Interposta.Info


Nazir bir generalı təqaüdə göndərdi, digərinə vəzifə verdi (FOTO)

Ölkə
 Bu gün, 12:05     141

Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib.
Goldmedia.az manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Nazirliyin Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.
Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, bundan əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.
Əşrəf Qasımov
Fərhad Səmədov

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26