Interposta.Info

"Qarabağ" daha bir transferi açıqladı

İdman
 Bu gün, 17:56     11



"Qarabağ" heyətini macarıstanlı oyunçu Bençe Varkoni ilə gücləndirib.

Goldmedia.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

24 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan sözləşmənin şərti və təfərrüatı hələ ictimaiyyətə açıqlanmayıb.

Bençe Varkoni MTK akademiyasının yetirməsidir və 2021-ci ildə Macarıstan çempionatının yüksək liqasında debüt edib. "Kozarmişlen" klubunda icarə əsasında çıxış etdikdən sonra üç il əvvəl ZTE-yə keçib. Əvvəlcə icarə əsasında komandaya qoşulan futbolçunun transfer hüquqları 2024-cü ilin yayında klub tərəfindən tam alınıb.

"Transfermarkt" portalının məlumatına görə, Varkoninin ZTE ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir və əlavə bir il uzadılma imkanı da nəzərdə tutulub.

Mərkəz müdafiəçisi ötən mövsüm Macarıstan çempionatında 30, ölkə kubokunda isə 6 oyunda meydana çıxıb. Ümumilikdə isə o, ölkə yüksək liqasında 83 qarşılaşmada forma geyinib. O, Macarıstanın U-21 millisinin sabiq üzvüdür.

Xatırladaq ki, "Qarabağ” bu yay Zakaria Savo (son klubu - "Aris" Kipr), Jali Muaddib ("Omoniya” Aradippou Kipr), Samuel Lobato ("Portimonense”, Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas ("Pari Nijni Novqorod”, Rusiya) da rənglərinə bağlayıb.

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26