Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşidi (YENİLƏNİB)
"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Goldmedia.az xəbər verir ki, Ağdam klubu "Vestri" ilə üz-üzə gələcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.
10.08
UEFA Avropa Liqasında 2026/2027 mövsümünün I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.
Ağdam klubunun potensial rəqibləri sırasında "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya), və "Vestri" (İslandiya) komandaları yer alıb.
Püşkatma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.
Goldmedia.az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



